"Bu cür bəyanatların yayılması müxtəlif insanların bu vəziyyətdə özləri üçün dividend qazanmaq istədiklərinin göstəricisidir".
Turkustan.az xəbər verir ki, Qazaxıstan Parlamenti Senatının spikeri Maulen Aşimbayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin fotolarına əsaslanaraq vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb və qeyd edib ki, müəyyən qüvvələr özlərinə divident qazanmağa çalışırlar.
"Bunlar fərziyyələr və əsassız bəyanatlardır və bu cür bəyanatları yaymaq yanlış və qeyri-etikdir"-deyə, o, Astanada jurnalistlərə açıqlamasında bildirib.
Aytən Yaşar/ Turkustan.az