Astana, Moskva və Bakı təyyarə qəzası ilə bağlı məlumatı gizlətməyəcək


Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev qeyd edib ki, bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.

Turkustan.az xəbər verir ki, "Qazaxıstan, Rusiya və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq"- bunu jurnalistlərə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.

"Hadisəyə nəyin səbəb olduğunu demək hələ ki, mümkün deyil. Komissiya işləyir, bütün bunlara real ekspertlər baxır və nəticə çıxaracaqlar. Nə Bakı, nə Astana, nə də Moskva təbii ki, məlumatları gizlətməkdə maraqlı deyil, heç bir şübhə olmasın ki, hər bir məlumat media ilə paylaşılacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ