Qazaxıstan FHN: Həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb


Yeddi nəfərin kimliyi müəyyən edilib.

Turkustan.az xəbər verir ki, Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb, 7 nəfərin şəxsiyyəti müəyyən edilib. Hazırda hadisə yerində xilasetmə işləri Rusiya Federasiyasının Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən aparılır. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ölən 38 nəfərin cəsədi aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib, onların içərisində 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü də var”-deyə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ