Vatikanla İsrail arasında gərginlik yaranıb.
Turkustan.az xəbər verir ki, Papanın İsraili sərt tənqid etməsindən sonra Vatikanın İsraildəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Papa bir müddət əvvəl İsraili qəddarlıqda ittiham edib və ciddi tənqid edib.
“Milad bayramında Ukraynada, bütün Yaxın Şərqdə və dünyanın bütün cəbhələrində atəşkəs üçün dua edək”, - deyən katoliklərin ruhani lideri, “Mən Qəzzada baş verən vəhşilikləri- uşaqların pulemyotlarla vurulmasını, məktəblərin və xəstəxanaların bombalanmasını şiddətlə qınayıram, bu qəddarlıqdır!"
Bildirək ki, Katoliklərin ruhani lideri olan Papa daha əvvəl də İsraili tənqid edən açıqlamalar vermiş, lakin İsraili zülmdə ittiham etməmişdi. O, "bu müharibə deyil, zülmdür"-deyə, bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az