SON DƏQİQƏ! Döyüşçülər pusquya düşdü - ÇOX SAYDA ÖLƏN VAR


Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində yerləşən Tartus şəhəri və ətrafında keçmiş rejim tərəfdarlarına qarşı əməliyyat keçirərkən pusquya düşüb. Nəticədə 14 döyüşçü həlak olub.

Turkustan.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman SANA agentliyinə məlumat verib.

Nazir bildirib ki, atışma zamanı təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı da yaralanıb. O, hakimiyyətin ölkədə sabitliyi və vətəndaş sülhünü qorumaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Hadisə bölgədəki gərginliyin yenidən artmasına səbəb olub və təhlükəsizlik qüvvələri əlavə tədbirlər görməyə başlayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ