HƏMAS: İsrailin yeni şərtləri Qəzzadakı atəşkəsi gecikdirir


Həmas İsrailin əsir və köçkünlərin geri çəkilməsi və geri qaytarılması ilə bağlı yeni şərtlər irəli sürməsi səbəbindən Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsinin təxirə salındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Həmasdan verilən yazılı açıqlamada, "Atəşkəs və məhbus mübadiləsi danışıqları Qətər və Misirin vasitəçiliyi ilə Dohada ciddi şəkildə davam edir"-deyə, bildirilib.

Digər tərəfdən, İsrail Baş Nazirlik Ofisi də məhbus mübadiləsi danışıqlarında HƏMAS-ı günahlandırıb. Yazılı açıqlamada HƏMAS-ın danışıqlarda çətinlik yaratdığı iddia edilib.

Bəyanatda həmçinin İsrailin Qəzza zolağında israilli məhbusları azad etmək üçün səylərinin davam edəcəyi də iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ