Suriyada 61 illik Baas və 53 illik Əsəd rejiminin devrilməsindən sonra İsrail bu ölkəyə qarşı hava hücumlarını artırır və quru işğalını genişləndirir.
Turkustan.az xəbər verir ki, Suriyanın Kuneytra vilayətinin Suveysa kəndində İsrail əsgərlərinin işğala etiraz edən dinc əhaliyə atəş açması nəticəsində 3 nəfər yaralanıb.
Bildirək ki, ölkənin cənub-qərbində yerləşən Quneytranın Suveysa kəndində sakinlər İsrailin ölkə ərazisini işğal etməsinə qarşı nümayiş keçirib. Etiraz zamanı İsrail əsgərləri yerləşdirildikləri bölgələrdən kütləyə atəş açıb.
Aytən Yaşar/ Turkustan.az