Lavrov: Qərb nüvə müharibəsinə təkan verən ssenarilərdən danışır


Rusiya heç vaxt nüvə silahı ilə nə edəcəyi və ondan istifadə oluna biləcəyi ilə bağlı müzakirələrə başlamayıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında bunu bildirib.

“Biz heç vaxt nüvə silahı ilə nə etməli və onlardan istifadə oluna biləcəyi ilə bağlı müzakirələrə başlamamışıq, əksinə, bu mövzudan hər zaman qaçmışıq. Nüvə müharibəsi variantlarına icazə verilən bütün digər təşəbbüslər, bu tipli bəyanatlar eksklüziv olaraq Qərb paytaxtlarından eşidilib”-deyə, Lavrov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ