Komissiyaya ölkənin baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Turkustan.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdırmaq üçün komissiyanın yaradılması barədə göstəriş verib. Bu barədə Kazinform agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, dövlət komissiyasına baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Agentliyin məlumatına görə, o, artıq Aktauya yollanır.
Tokayev həmçinin zərərçəkənlərə bütün lazımi dəstəyin göstərilməsini tapşırıb. Bundan əvvəl Respublika Fövqəladə Hallar Nazirliyi Qazaxıstanda təyyarə qəzası nəticəsində 22 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az