Faktla bağlı nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırma aparılır.
Turkustan.az xəbər verir ki, Qazaxıstanda təyyarə qəzasından sonra nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Qazaxıstan nəqliyyat polisi idarəsi məlumat verib.
“Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma- ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ibtidai istintaq başlanılıb”-deyə, idarədən bildirilib.
Daha əvvəl Manqistau vilayətinin səhiyyə departamenti təyyarənin göyərtəsində silindrin partladığı barədə məlumat vermişdi.
Aytən Yaşar/ Turkustan.az