Prezidentin mətbuat katibi Dmitri Peskov ittiham edib.
Turkustan.az xəbər verir ki, "Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin hesablanması üçün Ukraynaya 1 milyard dolların köçürülməsi gələcəkdə cinayət təqibinə səbəb ola bilər, bu pullar Rusiya Federasiyasından oğurlanıb". Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu cür qanunsuz hərəkətlər, o cümlədən bu milyardın transferi, əlbəttə ki, bizim hüquqlarımızı pozur və biz hüquqlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edəcəyik”-deyə, Peskov əlavə edib.
Aytən Yaşar/ Turkustan.az