Qazaxıstan FHN: Təyyarə qəzasında 28 nəfər sağ qalıb


Təyyarə qəzasında sağ qalanlardan 22-i xəstəxanaya çatdırılıb.

Turkustan.az xəbər verir ki, Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 28 nəfər sağ qalıb. Bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub”, - deyə məlumatda bildirilir .

Qeyd olunur ki, qəza yerinə 150 ​​canlı qüvvə və 45 texnika cəlb olunub. Sərnişin siyahıları yenilənir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ