ABŞ tərəfindən Qrenlandiyanın alınması Amerika tarixində ən böyük ərazi əldə edilməsi ola bilər, New York Post yazır.
Turkustan.az xəbər verir ki, qəzetin yazdığına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp adanı Amerikanın nəzarətinə keçirə bilsə, Vaşinqton 1803-cü ildə Luiziana satınalmasından daha çox ərazi alacaq.
Nəşrin qeyd etdiyi kimi, Tramp bunu bacarsa,Vaşinqton 1803-cü ildə Luiziana Alınması ilə müqayisədə daha çox ərazi alacaq. Təxminən 56 min insanın yaşadığı Qrenlandiyanın ərazisi 2 166 084 kvadratmetrdir.
Qəzetin Trampa yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Qrenlandiya, eləcə də Panama kanalına nəzarəti ələ keçirmək fikrində çox ciddidir.
ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Tomas Dansın sözlərinə görə, Qrenlandiyanın muxtariyyətinin genişləndirilməsi Danimarkaya məxsus olan bu adanın ABŞ-ın nəzarətinə keçməsinə şərait yaradır.
Aytən Yaşar/ Turkustan.az