İran "WhatsApp" qadağasını aradan qaldırdı


İran məşhur kommunikasiya proqramı "WhatsApp" və "Google Play"-ə qoyulan qadağaları aradan qaldırıb.

Turkustan.az xəbər verir ki, qərar İran Kiberməkan Şurasının təşkil etdiyi iclasdan sonra açıqlanıb. Dekabrın 24-də bir araya gələn hökumət və digər qurumların rəsmiləri internet siyasətləri ilə bağlı yeni tənzimləmələr etmək qərarına gəliblər. İran Kiberməkan Şurasının təşkil etdiyi toplantıda edilən qiymətləndirmələr nəticəsində internet siyasətlərinin dəyişdirilməsinə qərar verilib.

“WhatsApp” və “Google Play”ə qoyulan qadağalar aradan qaldırılarkən, İran hakimiyyəti yerli sosial media proqramlarının istehsalının vacibliyini vurğulayıb.

İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Naziri Səttar Haşimi X-də verdiyi açıqlamada deyib: "Biz internetə qoyulan qadağaların aradan qaldırılması istiqamətində ilk addımı atdıq. Bu yolda davam edəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ