İsrailin müdafiə naziri Yisrael Katz dekabrın 23-də husilərə qarşı böyük bir hücuma hazırlaşdıqlarını və Yəmənin də Qəzzanın aqibətini yaşayacağını bildirmişdi.
Turkustan.az xəbər verir ki, bu açıqlamadan sonra husilər Fələstin II hipersəs ballistik raketləri ilə İsrailin paytaxtı Təl-Əvivi hədəfə alıblar.
Husilərin sözçüsü Yəhya Serinin verdiyi açıqlamada, "Biz Fələstin II tipli ballistik raketlə İsrailin Yaffa bölgəsini hədəf aldıq və əməliyyat uğurla keçdi"-deyə, bildirib.
Qeyd edək ki, israillə Husilər arasında gərginlik artdıqca ABŞ-Böyük Britaniya koalisiyası Qırmızı dəniz üzərində husilərə qarşı hücumları davam etdirir.
Aytən Yaşar/ Turkustan.az