Tramp Ukrayna ilə Rusiya arasında ədalətli sülh istəyir


ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında ədalətli, sabit və təhlükəsiz sülh istəyir.

Turkustan.az xəbər verir ki, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox Business telekanalında bildirib.

“Prezident qətliamları dayandırmaq və regionda sülhün bərqərar olması istədiyində çox ardıcıldır. Bu, onun beynəlxalq prioritetidir, lakin o, ədalətli sülh istəyir”.

“Tramp tamamilə iflasa uğramış Minsk razılaşmalarının yolu ilə getmək niyyətində deyil”, - Kelloq əlavə edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ