Amerikalı bloqqer Leks Fridman Zelenskiyə rus dilində müsahibə verməyi təklif edib.
Turkustan.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində dövlət başçısına müraciət edib.
Fridmanın fikrincə, rus dilində müsahibə dərin, dinamik və güclü söhbətə imkan verəcək. Çünki hazırda öyrənməyə çalışdığı Ukrayna dilindən fərqli olaraq rus dilində mükəmməl danışır.
Bloqer eyni zamanda müsahibənin ukrayna və ingilis dillərinə tərcümə olunacağını da vurğulayıb.
Fridman Tacikistanda doğulduğunu, bir müddət Kiyev və Moskvada yaşadığını, sonra isə ABŞ-a köçdüyünü və təxminən otuz ilə yaxın orada yaşadığını bildirib.
Xatırladaq ki, bundan əvvəl ukraynalı jurnalist Diana Pançenk Zelenskinin amerikalı jurnalist Taker Karlsonla söhbət etməkdən qorxduğunu deyib. /globalinfo.az/