Moskvanın mərkəzində, Arbat polis idarəsinin yaxınlığında bir nəfər polis avtomobilinə “Molotov kokteyli” atıb.
Turkustan.az xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələri ilə əlaqəli “Baza” kanalı məlumat yayıb.
İnsident Moskva vaxtı ilə saat 17:00 radələrində baş verib. Hücumdan sonra ərazi polis əməkdaşları tərəfindən sürətlə mühasirəyə alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, şübhəli şəxs saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, onun 65 yaşı var və özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən telefon dələduzunun göstərişi ilə hərəkət edib.
“Mash” Teleqram kanalı isə saxlanılan şəxsin Zelenski soyadını daşıdığını iddia edib. /axar.az/