Suriyanın Həma şəhərində xristian icmasının Milad bayramı üçün qurduğu şam ağacı yandırılıb.
Turkustan.az bu barədə BBC-yə istinadən xəbər verir.
Ağacın yandırılmasından sonra etiraz aksiyaları keçirilib.
Sosial mediada yayımlanan videoda maskalı və silahlı insanların Suriyanın mərkəzində, əsasən xristianların yaşadığı Sukaylabiya şəhərinin əsas meydanında ağaca od vurduğu görünür.
Suriyanı idarə edən “Həyat Təhrir əl-Şam” (HTŞ) təşkilatı yanğını törədənlərin əcnəbi döyüşçülər olduğunu və ağacın tez bir zamanda təmir ediləcəyini bildirib.
Hadisədən sonra ölkə boyu minlərlə insan yeni hakimiyyətdən dini azlıqları müdafiə etməyi tələb edib. /modern.az/