PKK Mənbicdə hücumlar həyata keçirir


Terror təşkilatı PKK/YPG Mənbicdə hücumlar həyata keçirir.

Turkustan.az xəbər verir ki, PKK/YPG terrorçularının Suriyanın şimalında Hələb vilayətinin Mənbic rayonunda bomba yüklü avtomobillə həyata keçirdikləri hücumda ilkin məlumata görə, 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Bundan əlavə, təşkilatın ünsürləri dekabrın 20-dən etibarən rayonun cənub-şərqindəki Tişrin bəndi ətrafında SNA qüvvələrinə hücumlarını artırıb.

Qrad raketləri kimi ağır silahlardan da istifadə edən terrorçular Mənbic altındakı tunellərdən ani hücumlar təşkil etməyə çalışırlar.

Aytən Yaşar\ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ