Vəziyyət gərginləşir: “Yaşayış binaları dağıdılır, ordu bu əraziləri tutur”


Son günlər yerli və xarici mediada tez-tez Rusiyanın Ukraynaya qarşı qorxunc hücuma başlayacağına dair anonslar verilir. Hətta rəsmi Kiyevi dəhşət gözlədiyi haqda fikirlər səsləndirilir.

Bu, şişirdilmiş xəbərdir, yoxda realdır? Rusiya blef edə bilərmi? Ən əsası, bu hücum olarsa, taktiki nüvə silahının işə düşməsi ehtimalı varmı?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, nüvə silahının tətbiqi qarşılıqlı prosesdir:

“Bu imkanlar Ukraynaya dəstək verən Qərb ölkələrində də mövcuddur. Zərbə qarşılıqlı olduğu üçün Rusiya Prezidenti Vladimir Putinin belə qərar verəcəyini düşünmürəm. Lakin hələlik Putin Ukraynanı və onun dəstəkçilərini “Oreşnik” raketləri ilə qorxudur. Bu raketlər nə qədər dağıdıcı olsa da müharibənin konkret nəticəsinə təsir edə bilmir. Quru əraziləri, yaşayış məskənlərini işğal edə bilmək üçün quru qoşunlarına ehtiyac var. Hazırda həmin raketlərin atılması yaşayış binalarını, infrastrukturu dağıtmağa hesablanıb. Əsgərlər həmin əraziləri alıb, müdafiəsini təmin etməlidir”.

Politoloqun sözlərinə görə, bu cür hədə-qorxular ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçməsindən sonra Ukrayna-Rusiya danışıqlarına hesablanıb:

Natiq Miri 143543

Natiq Miri

“Dolayısı ilə Volodimir Zelenskini Rusiyanın şərtlərini qəbul etməsini istəyir. Bu şərtlər altında danışıqların aparılmasında maraqlıdırlar.

Digər bir ehtimal isə həmin təhdidlərin Qərb dünyasına təzyiqidir. Görünür, vəziyyət daha da qorxulu şəkil almağa davam edir. Çünki Avropa ölkələrində müəyyən parçalanma səsləri gəlmiş olsa da Rusiya qarşısından geri çəkilməyin strateji məğlubiyyət olduğunu da anlayırlar. Rəsmi Moskvanın iştahasının bitməyəcəyini yaxşı bilirlər. Ona görə də Ukraynanı hələ də dəstəkləməkdə davam edəcəklərini bildirirlər.

Donald Trampın seçki öncəsi verdiyi vədlərə inanmaq lazım deyil. O çıxışlar beynəlxalq və daxili auditoriyaya hesablanmışdı. Real hesabatlar, rəqəmlər və proqnozlar


MANŞET XƏBƏRLƏRİ