İran Yaxın Şərqdə yeni birlik yaratmağı təklif edir.
Turkustan.az xəbər verir ki, bu barədə İranın vitse-spikeri Cavad Zərif “Ekonomist” jurnalında yayımlanan məqalədə yazıb.
Zərifin təklifinə görə, yeni birliyi Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası (MWADA) adlana bilər.
“Təcrübəm mənə öyrətdi ki, Qərbi Asiyada, xüsusən də Körfəz regionunda sabitliyə nail olmaq üçün böhranın idarəedilməsi vacibdir. Bu, cəsarətli, uzaqgörən təşəbbüslər tələb edir. Mən Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyasının yaradılmasını təklif edirəm.
Məqsəd region ölkələrinin iqtisadi inteqrasiyası, qısamüddətli perspektivdə isə münaqişənin təsirinə məruz qalmış əraazilərdə sülh yolu ilə nizamlanmanın əldə edilməsi olacaq. Yaxın Şərqdə - Qəzza zolağında, Livanda, Suriyada və Yəməndə buna ehtiyac var”, - o bildirib./publika.az