İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib ki, Suriya və İran səfirliklərinin qarşılıqlı olaraq açılması üçün diplomatik fəaliyyət aparılır.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, hökumət sözçüsü Mühacirani həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.
Muhacirani, "Bizim səfirliyə yanaşmamız diplomatikdir. Həm biz, həm də onlar buna hazırıq. İki ölkənin səfirliklərinin yenidən açılması üçün diplomatik məsləhətləşmələr aparırıq"-deyə, bildirdi.
Tehran rəhbərliyinin Suriya ilə bağlı xalqın iradəsinə əsaslanan hökumətin qurulmasına və ərazi bütövlüyünün qorunmasına önəm verdiyini bildirən Mühacirani, qeyd edib ki, terrorun yayılmasının qarşısının alınması həm bizim, həm də bölgə üçün vacibdir.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünənki mətbuat konfransındaTehran administrasiyasının Suriyadakı mövcud administrasiya ilə birbaşa əlaqəsinin olmadığını bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az