Türkiyədə 12 nəfərin öldüyü fabrikada 10 il əvvəl də partlayış olub


Balıqəsirdə sursat fabrikində baş verən partlayışda 12 nəfər həyatını itirib.

Turkustan.az xəbər verdiyi kimi, bu gün Türkiyə saatı 08:25 radələrində Balıqəsirdə Karesi məhəlinin Kavaklı kəndində yerləşən sursat fabrikində partlayış baş verib. Kapsul istehsalının aparıldığı binada baş verən partlayışdan sonra min hektar sahədə yerləşən fabrikdə 12 işçi həyatını itirib, 5 nəfər isə yaralanıb. Bölgəyə çoxlu təcili yardım, yanğınsöndürən və polis sövq edilib. Partlayış nəticəsində fabrikin kompozit hissələri bağçaya yayılıb.

Əraziyə gələn polislər bildirib ki, ərazidə 3 iyun 2014-cü ildə oxşar partlayış hadisəsi baş verib. Həmin partlayışda 6 nəfər yaralanıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın olub ki, işçilər dərhal o zamankı partlayışa müdaxilə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ