Türkiyənin Suriya ilə bağlı PLANI - 300 minlik ORDU YARADILIR


Türkiyə Suriyanın yeni hökumətinə 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "Turkiye" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Türkiyə Suriyanın yeni hökumətinə 300 min nəfərlik nizami ordu qurulmasında dəstək verəcək.

Bu layihə çərçivəsində Türkiyənin hərbi məsləhətçiləri və mütəxəssisləri Suriya ilə birgə çalışaraq, ordu strukturunun qurulması, təlimlərin keçirilməsi və lazımi avadanlıqların təmin edilməsi işlərinə kömək edəcəklər.

Türkiyəli mütəxəssislər, Suriya ordusunun gələcəkdə bölgədəki münaqişələrə daha effektiv müdaxilə etməsi və milli təhlükəsizliyi təmin etməsi üçün müxtəlif sahələrdə təlimlər təşkil edəcəklər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ