ABŞ Suriyada İŞİD-in hədəfinə aviazərbə endirdi


ABŞ Mərkəzi Komandanlığı Suriyaya endirilən hava hücumunda 2 İŞİD terrorçusunun öldürüldüyünü, 1-nin isə yaralandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Deyr əz-Zövr bölgəsində İŞİD-in hədəfinə dəqiq hava zərbəsi endirdiyini açıqlayıb.

Hücum zamanı silahla dolu yük maşınının da məhv edildiyi vurğulanan açıqlamada, “Bu hava hücumu CENTCOM-un bölgədəki tərəfdaşları ilə birlikdə terrorçuların plan, təşkilatlanma və həyata keçirmə qabiliyyətini azaltmaq və qarşısını almaq öhdəliyinin bir hissəsidir"-deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ