“Biz Suriya böhranının ilk anından tarixin doğru tərəfində olmuşuq”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, İsrailin artan təcavüzünün səbəbi Suriyadakı inqilaba kölgə salmaq və Suriya xalqının ümidlərini boğmaqdır.
“Əsəd rejiminə qarşı müharibədə qalib gələn Suriya xalqının qələbə qazanması və uğurlarının daimi olması üçün əlimizdən gələn hər cür dəstəyi verəcəyik. Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu hər şəraitdə qorumaq Türkiyənin dəyişməz xəttidir. Biz bundan qəti şəkildə geri addım atmayacağıq. İsrail fürsətçi addım atsa belə, gec-tez işğal etdiyi torpaqlardan geri çəkiləcək. Suriyanın və bölgəmizin gələcəyində İŞİD, PKK kimi heç bir terror strukturuna yer yoxdur. Onlar ya özlərini ləğv edəcəklər, ya da məhv olunacaqlar. Suriyada separatçı terror təşkilatına qarşı dəqiq əməliyyatlarımızı mülki insanlara zərər vermədən davam etdirəcəyik. Suriya rəhbərliyinin bu məsələdə qətiyyətini alqışlayırıq”.
Ərdoğan əlavə edib ki, Qərb dövlətlərinin yavaş-yavaş bu cinayətkarlara dəstəyini kəsdiyini görürük.
“PKK qatillərinin ətrafı daralır, yolun sonu görünür. Onları gözləyən ağrılı aqibətdən xilas ola bilməyəcəklər. Allahın izni ilə 40 ildir davam edən bu bəladan xilas olacağıq”, – deyə Türkiyə lideri vurğulayıb. /globalinfo.az/