ABŞ prezidenti Co Bayden ölkədə ölüm hökmündə olan 40 federal məhbusdan 37-nin cəzasını ömürlük həbslə əvəz etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ- da vergidən yayınma və qanunsuz silah əldə etməkdə təqsirli bilinən oğlu Hunter Baydenin əfv edilməsinə reaksiyaların hədəfi olan Bayden məsələ ilə bağlı açıqlama verib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden, "Bu gün ölüm hökmündə olan 40 federal məhbusdan 37-nin cəzasını şərti azad etmə imkanı olmadan ömürlük həbslə əvəz edirəm" dedi.
Ölüm cəzalarının tətbiqinə qarşı olduğunu vurğulayan Bayden, "Vicdanım yeni rəhbərliyin dayandırdığım ölüm cəzalarını yenidən başlatmasına icazə verməyəcək" deyə, bildirdi.
Bildirək ki, Donald Tramp seçki kampaniyası zamanı deyib ki, narkotik və insan alverçiləri ölüm cəzası almalıdır.
Aytən Yaşar/ Turkustan.az