Çin Kanadaya qarşı sanksiyalar tətbiq edəcək


Çin Xarici İşlər Nazirliyi Kanadaya sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Kanada bu yaxınlarda insan haqlarını pozduğu iddiası ilə çinli personala qarşı sanksiyalar tətbiq edib.

Mao Ning sanksiya qərarını Çinin Xarici Sanksiyalar Qanunu çərçivəsində milli suverenlik, təhlükəsizlik və inkişaf maraqlarını qorumaq, habelə Çin vətəndaşları və təşkilatlarının qanuni hüquqlarını müdafiə etmək üçün qəbul etdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ