İsveçrə Ukraynada atəşkəslə bağlı danışıqlara hazırlıqda iştirak edir


İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndələri danışıqların hazırlanmasında hansı ölkələrin iştirak etdiyini və bu hazırlıq işlərinə kimin təşəbbüs göstərdiyini izah etməkdən imtina ediblər.

Turkustan.az xəbər verir ki, İsveçrə hakimiyyəti Ukraynada atəşkəsin yaradılması üzrə danışıqların hazırlanmasında iştirak edir, lakin yeni Ukrayna sammitinin təşkilindən söhbət getmir. Bu barədə TASS-a İsveçrə Xarici İşlər Nazirliyindən bildiriblər.

“İsveçrə öz xeyirxah ofislərini sülh danışıqları üçün münaqişədə neytral tərəf kimi verməyə hazırdır"-deyə, şöbədən əlavə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ