İsrail-İran müharibəsi QAPIDA: Azərbaycan, Türkiyə və Əfqanıstan istiqamətindən…


Bugünlərə “France 24” telekanalına müsahibə verən Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki vəziyyət və İsraillə İran arasında müharibə ehtimalı barədə danışıb. O, İranın zəifləməsi ilə əlaqədar bu müharibənin baş verə biləcəyi ilə bağlı suala cavab olaraq deyib ki, hər hansı səbəbdən olursa-olsun, bunun baş vermə ehtimalı var.

Nazir iranlıların bunu istəmədiyini, böyük müharibədən qaçdıqlarını diqqətə çatdırıb. H.Fidan qeyd edib ki, bunu iranlı dostları ilə görüşdə öyrənib.

İsrail-İran müharibəsi QAPIDA: <span style=color:red>Azərbaycan, Türkiyə və Əfqanıstan istiqamətindən...

Maraqlıdır, İsrail-İran müharibəsi Türkiyə XİN başçısının dediyi qədər realdırmı? Yoxsa bu, sadəcə siyasi bəyanatdır? Qərb, xüsusən ABŞ belə bir müharibədə maraqlıdırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə İranın qorxularının artığı bir reallıqdır.

İsrail-İran müharibəsi QAPIDA: <span style=color:red>Azərbaycan, Türkiyə və Əfqanıstan istiqamətindən...

Onun sözlərinə görə, Tramp açıq şəkildə deyir ki, İran məsələsini həll edəcək: “İsrailin baş naziri Benyamin Netanyahunun da İrana endirdikləri zərbənin nəticələrini Tehran yaxşı bilir. Göründüyü kimi, İrana qarşı cəbhə artıq formalaşıb və bu cəbhənin, yəni ABŞ-İsrailin birlikdə İrana qarşı zərbə endirəcəyi mütləqdir. Hakan Fidanın bəyanatında isə bir sıra maraqlı məqamlar sezilir. O, İranın zəiflədiyini, müharibə istəmədiyini vurğulamaqla, baş verəcək müharibənin İran üçün nəticələrinin acı olacağı mesajını vermək istəyir. Eyni zamanda, İranı Türkiyənin yanına çəkmək istəyir ki, Suriyada ona mane olmasın”.

İsrail-İran müharibəsi QAPIDA: <span style=color:red>Azərbaycan, Türkiyə və Əfqanıstan istiqamətindən...

Belə bir müharibənin reallığını coğrafi baxımdan dəyərləndirən A.Qasımov deyib ki. Suriyanın indiki durumunda İsrail təyyarələrinin bu ölkənin hava məkanından istifadə etməsi, sonra İraqa, oradan da İrana zərbə endirməsi imkanları asanlaşıb: “Bu marşrut onsuz da İsrail üçün açıq idi, indi daha rahatdır. Fars körfəzindən ABŞ-nin təyyarədaşıyan gəmilərinin İrana zərbə endirməsi imkanları var. Başqa ərazilərdən bunun üçün imkan yoxdur. Məsələn, Türkiyə, Azərbaycan və ya Əfqanıstan istiqamətindən belə imkan yoxdur. Trampın keçən hakimiyyəti dövründə olduğu kimi, indi də İrana ciddi dərs verəcəyi gözləniləndir. İran da Trampdan qorxur. İranın nüvə reaktorlarının, raket bazalarının vurulması mütləq olacaq. Quru əməliyyatlarının olması ehtimalı yoxdur. Əgər İran qeyd edilən əməliyyatlarla vurularsa, onun Yaxın Şərqdə hegemonluğuna son veriləcək. Türkiyə PKK məsələsini Suriyada həll edə bilsə, Rəcəb Tayyib Ərdoğan dediyi kimi, dünyada iki lider yox, sözükeçən tək lider olacaq”.


MANŞET XƏBƏRLƏRİ