Peskov: “Putinlə Trampın görüşü üçün ilkin şərt yoxdur”


“Hələ real impulslar olmayıb”

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüş təşkil etmək üçün heç bir ilkin şərt yoxdur. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Trampın andiçmə mərasimindən əvvəl görüşün mümkün olub-olmaması və ya üz-üzə təmaslar üçün hələlik heç bir konkret və ya ilkin şərtlərin olub-olmaması ilə bağlı suala cavab olaraq, “hələ real impulslar olmayıb” deyib. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ