Onun namizədliyinin müdafiəsi üçün 2 milyon 518 min 145 seçici imzası etibarlı hesab edilib.
Turkustan.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək növbəti seçkilərdə dövlət başçısı vəzifəsinə namizəd kimi qeydə alınıb. Bu barədə qərar respublika Mərkəzi Seçki Komissiyasının internet saytında yayımlanan iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenkonun prezidentliyə namizədliyinin müdafiəsi üçün 2 milyon 518 min 145 seçici imzası etibarlı sayılıb.
Bildirək ki, Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürəcək. 2020-ci ildə keçirilən seçkilərdə o, 80,1% səs toplayıb.
Aytən Yaşar/ Turkustan.az