Rutte: Ukrayna münaqişəsi ABŞ-ın başını ağrıdacaq


Mark Rutte sülhməramlı qüvvələrin Ukraynaya mümkün göndərilməsi ilə bağlı spekulyasiya etməyib.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Ukrayna münaqişəsi ABŞ üçün problemə çevriləcək.

“Mən inanıram ki, Tramp hələ də Ukrayna ilə bağlı strategiyası haqqında düşünür və mənim onun üçün arqumentim, ümumiyyətlə, Ukraynadakı münaqişənin ABŞ üçün problemə çevrilməsidir”- Rutte DPA-ya müsahibəsində belə deyib.

İyun ayında keçiriləcək NATO sammitinə qədər Ukraynada atəşkəs əldə oluna bilərmi, sualına NATO-nun baş katibi belə cavab verib: “Mən heç nəyi istisna edə bilmərəm, ümid edirəm ki, Ukrayna tezliklə danışıqlara başlamaq üçün hazır vəziyyətdə olacaq, lakin nə olacağını yenə də təxmin etmək mümkün deyil".

Aytən Yaşar/ Turkusan.az


MANŞET XƏBƏRLƏRİ