Tehranla Moskva yaxınlaşması: Tərəfdaşlıq sazişi imzalanır?


Tərəfdaşlıq sazişi ikitərəfli görüş zamanı imzalanacaq.

Turkusatan.az xəbər verir ki, Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması hələ 2025-ci il yanvarın ortalarında baş tuta bilər. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib.

“Tezliklə, ikitərəfli görüş zamanı bu müqavilə imzalanacaq”- Bəqayi mətbuat konfransı zamanı İran və Rusiya Federasiyası arasında tərəfdaşlıq sənədinin imzalanma tarixi ilə bağlı sualı cavablandırarkən deyib. Canlı yayımı SNN kanalı həyata keçirib.

Bildirək ki, dekabrın 4-də Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianın Rusiya Federasiyasına gözlənilən səfəri zamanı İranla yeni fundamental saziş imzalamağı gözlədiyini bildirib. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hələlik İran prezidentinin səfərinin dəqiq tarixi bilinmir, lakin Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını təxirə salmaq niyyətində deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ