Netanyahunun yeni hədəfi: Yəməndəki husilər


İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı şiddətli əməliyyata başlayacaqlarını bəyan edib.

Turkustan.az xəbər verir ki, baş nazir Benyamin Netanyahu ölkənin şimalındakı Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.

Yəməndə husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini söyləyən Netanyahu, “Husilərin bölgədə İranın vəkil qüvvələrinə qarşı hərəkətə keçdiyi kimi, biz də onlara qarşı tədbir görəcəyik” dedi.

"Birləşmiş Ştatlar və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq gəmiçilik üçün deyil, həm də dünya nizamı üçün təhlükə olaraq görürlər"-deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ