Davudoğludan sürpriz açıqlama: AKP-yə qayıdır?


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qayıtması ilə bağlı ictimai müzakirələr davam edərkən, sabiq baş nazir Əhməd Davudoğludan yeni açıqlama gəlib.

Turkustan.az xəbər verir ki, Davudoğlu mühafizəkar siyasətdə canlanmaya ehtiyac olduğunu və AKP daxilində və ya xaricində belə bir hərəkata qatılmağa hazır olduğunu bildirib.

“Bu gün mühafizəkar kəsimdəki hər kəs bu sualı müzakirə edəcək və seçim edəcək. AKP seçki performansını öz gələcəyi baxımından qiymətləndirəcək. Hər kəs bir axtarışa gedəcək. Dediyim budur: döyük bir bərpa hərəkatına ehtiyac var.

Mən o hərəkatı dəstəkləməyə hazır olduğumu söyləyirəm. Bu, AKP daxilində bir toparlanma, AKP-dən kənarda isə alternativ bir dirçəliş olacaq. Mən hər ikisində varam”, - sabiq baş nazir jurnalistin müvafiq sualına cavabında deyib.

Xatırladaq ki, Davudoğlu bundan əvvəl vaxtilə üzvü olduğu AKP-dən heç vaxt qopmadığını açıqlamışdı: “Prezident Ərdoğan çağırarsa, gedərəm”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ