Əsma Əsəddən boşanmaq üçün məhkəməyə müraciət etdi


Əsədin həyat yoldaşı Moskvadakı həyatdan narazı olduğunu bildirib və boşanmaq üçün məhkəməyə müraciət edib.

Turkustan.az xəbər verir ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Moskvadakı həyatdan narazı olduğunu bildirib və boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə “The Jerusalem Post” məlumat yayıb .

Qeyd olunur ki, siyasətçinin həyat yoldaşı artıq Rusiya məhkəməsinə müraciət edib və Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Hazırda onun ərizəsinə Rusiya hakimiyyət orqanları tərəfindən baxılır.

Nəşrin məlumatına görə, Əsma Əsəd Böyük Britaniyadakı vətəninə qayıtmaq niyyətindədir. O, Londonda suriyalı ailədə üçün doğulub. böyüyüb.

İstefa verən Əsəd deyib ki, Dəməşqin süqutunu Xmeymimdəki Rusiya hərbi bazasına gəldikdən sonra öyrənib. Keçmiş Suriya liderinin ofisi bildirib ki, Əsədin istefa vermək niyyəti yox idi və terrorçuların hücumu zamanı sığınacaq istəmək niyyətində deyildi. Onun dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığı qeyd edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ