NATO-nun baş katibi Mark Rutte Almaniya kansleri Olaf Şolsu Ukrayna prezidenti Vladimir Zelenskinin “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı vəziyyətlə bağlı tənqidindən müdafiə edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb. Mark Rutte bildirib:
“Olaf Şolzun etdikləri təsir edicidir. O, Almaniyanın Ukraynaya hərbi dəstəkdə ABŞ-dan sonra ikinci olmasını təmin etdi: 28 milyard avro, hətta bəzi hesablamalara görə 34 milyard. Bu, Avropanın ən böyük iqtisadiyyatları da daxil olmaqla, bir çox başqa ölkələri xeyli qabaqlayan böyük məbləğdir. Bu, Ukraynanın Şolza minnətdar ola biləcəyi bir nailiyyətdir”.
Baş katibin sözlərinə görə, o, tez-tez Zelenskiyə deyirdi ki, Şolzu ədalətsiz tənqid etməyi dayandırmalıdır. Bununla belə, Rutte bildirib ki, alyans indi çətin vəziyyətdə olan Ukraynanın möhkəm mövqe tutmasını təmin etməlidir. “Biz təcili olaraq Ukraynaya əlavə hərbi dəstək verməliyik. O vaxta qədər ki, o, atəşkəsi təmin etmək üçün mümkün Avropa sülhməramlıları barədə düşünməyəcək”- deyə,yekunlaşdırıb.
Bildirək ki, bundan əvvəl Rutte Ukraynanın əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasının zəruriliyini bəyan edib. O, aydınlaşdırıb ki, Ukraynanın hesablamalarına görə, ölkənin enerji infrastrukturunu qorumaq üçün onlara təcili olaraq 19 hava hücumundan müdafiə sisteminə ehtiyac var.
Aytən Yaşar/ Turkustan.az