Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan 1919-cu ildə məşhur britaniyalı detektivlərdən birinin Amerika qəzetinə verdiyi müsahibəni xatırladıb.
Turkustan.az xəbər verir ki, X.Arutyunyan həmin detektivin amerikalılara Ermənistanı iki yerə bölməyi təklif etdiyini bildirib.
“Bu, ermənilərin olduğu və olmadığı Ermənistan idi. Kim dedi ki, proqram köhnədir, onlar üçün aktuallığını itirib? Bu yaxınlarda Mqer Qriqoryan dedi ki, demarkasiyanın digər hissəsini haradan başlamaq barədə müzakirələr aparılır. Tiqranaşendən (Kərki – red.) başlayacaqlarına mərc etməyə hazıram. Tiqranaşeni verəcəyik, hərbi bazaya çevriləcək, Sünikə (Zəngəzur – red.) gedən yol da azərbaycanlıların nəzarətində olacaq”, – X.Arutyunyan iddia edib./Globalinfo.az