ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə atəşkəs və Rusiya ordusunun işğal etdiyi ərazilərdən imtina barədə düşünməyə başlamaq üçün mesaj göndərib.
Turkustan.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
“Torpağınızı geri almaq istədiyinizi söyləmək yaxşıdır, amma şəhərlər əsasən dağılıb. Bu şəhərlərin bəzilərinə baxırsan, yaxşı vəziyyətdə olan bir dənə də olsun bina qalmayıb. Siz isə ölkəni bərpa etməkdən danışırsız. Nəyi bərpa etmək? Bu, 110 illik yenidənqurmadır”, - Tramp mesajında qeyd edib. (axar.az)