Rusiya Suriyada müxalifətin hücumundan sonrakı dönəmdə onun planlarını müəyyən etmək üçün Türkiyə ilə kontaktda olub.
Turkustan.az xəbər verir ki, məlumatı “The Washington Post” qəzeti yayıb.
Məlumata görə, Türkiyə ilk gündən Rusiyanı inandırmağa çalışıb ki, Əsədi uzunmüddətli perspektivdə dəstəkləmək faydasızdır.
Türkiyə nümayəndələri həmçinin deyiblər ki, Suriya müxalifətinin mövqeyinə vurulan zərbə Əsəddən sonrakı rəhbərliyin Moskva ilə münasibətlərini pisləşdirə bilər.
Qeyd edək ki, bundan öncə Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyanın Əsədi satıb-satmaması ilə bağlı sualı cavablandırıb. O deyib ki, əgər Putin Əsədi satmış olsaydı, o zaman Suriya lideri indi Rusiyada yox, başqa yerdə olardı./Globalinfo.az