Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Turkustan.az xəbər verir ki,MKİ-nin keçmiş analitiki Larri Conson "Judging Freedom" YouTube kanalına müsahibəsində Trampa xəbərdarlıq edib.
Ekspertin fikrincə, Putin və Trampın görüşü səkkiz il əvvəlki görüşdən xeyli fərqli olacaq.
“Bu Putindir çox fərqlidir və o, Donald Trampın indiyədək qarşılaşdığı hər kəsdən daha sərt danışıq aparacaq” deyə, Conson izah edib.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri , ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Rusiya və Şərqi Avropa ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh konfransı çağırmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az