İlon Mask Şolzu "axmaq" adlandırdı, Almaniya ayağa qalxdı


Dünya şöhrətli iş adamı İlon Mask Almaniya kansleri Olaf Şolzu axmaq adlandırıb.

Turkustan.az xəbər verir ki, İlon Mask öz paylaşımında belə yazıb: “Şolz dərhal istefa verməlidir, o, bacarıqsız bir axmaqdır”.

Maskın Şolzu təhqir etməsi Almaniyanı şoka salıb. Onun bu hərəkəti Almaniyadakı seçkilərə müdaxilə cəhdi kimi qiymətləndirilib.

Donald Trampın seçkilərdə qalib gəlməsi üçün əlində olan bütün vasitələrdən istifadə edən İlon Maska dəstək verən yeganə şəxs Almaniyanın ifrat sağçı Afd partiyasının lideri Elis Veydel olub. Weidel yazıya "Bəli, tamamilə haqlısan" deyə cavab verib.

İlon Maskın X-də dünya siyasətinə son müdaxiləsi Almaniyada böyük narahatlığa səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ