İsrailin Qəzzaya endirdiyi zərbələrə Papadan reaksiya: Bu müharibə deyil, zülmdür!


Papa Fransisk Milad bayramı üçün Vatikanda Papa Nazirlər Kabineti ilə görüşdüyü toplantıda Qəzzadakı hadisələrə toxunub.

Turkustan.az xəbər verir ki, Katoliklərin ruhani lideri İsrailin Qəzzaya son hava hücumlarına toxunaraq, "Daha əvvəl Patriarxın Qəzzaya girməsinə icazə versələr də, dünən uşaqlara bomba atıldı. Bu, müharibə deyil, bu zülmdür. Bu bizim ürəyimizi parçalayır"-deyə, bildirib.

Keçən ay nəşr olunan kitabın xülasəsində Papa Fransisk, "Bəzi ekspertlərin fikrincə, Qəzzada baş verənlər soyqırım xüsusiyyətlərini daşıyır. Bunun hüquqşünaslar və beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş texniki tərifə uyğun olub-olmadığı diqqətlə araşdırılmalıdır" deyib.

Bildirək ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 21 nəfərin həyatını itirdiyi, 61 nəfərin isə yaralandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ