Şolz Polşa prezidentinin bu təklifinə qəzəbləndi


Almaniya kansleri Olaf Şolz Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə Polşa prezidenti Anjey Dudanın Rusiyanın dondurulmuş 260 milyard avroluq aktivlərini müsadirə edib Ukraynaya kredit vermək üçün xərcləmək ideyasına kəskin şəkildə qarşı çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsən. Siz avrodan belə istifadə etmirsiniz!"-deyə, qəzet Almaniya kanslerinin sözlərindən sitat gətirir.

Qəzetin yazdığına görə, bu ideya ABŞ və Böyük Britaniya tərəfindən irəli sürülüb, lakin Almaniya, Fransa və İtaliya buna qarşı çıxıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Avropadakı aktivlərinin oğurlanmasına mütləq cavab verəcək. O, Moskvanın bununla məşğul olanların hüquqi təqibini təşkil etmək niyyətində olduğunu vurğulayıb. Kreml nümayəndəsinin sözlərinə görə, Avropa Kiyevə kömək etmək üçün Rusiyanın aktivlərindən istifadə etmək qərarına gələrək ən pis yolu tutdu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ