Orban: Tramp andiçmədən dərhal sonra Ukrayna məsələsini həll edə bilər


Macarıstanın baş naziri hesab edir ki, ABŞ-ın seçilmiş prezidentinin vəzifəyə başlamazdan əvvəl münaqişənin həlli üçün tədbirlər görəcəyini gözləmək real deyil.

Turkustan.az xəbər verir ki, Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Ukraynada nizamlanma istiqamətində hər hansı addım atacağını gözləmək sadəcə olaraq qeyri-realdır, lakin o, yanvarın 20-də, andiçmə mərasimindən sonra ilk 24 saat ərzində qərarlar verə bilər.

O əlavə edib ki, Tramp seçkidə qalib gəldikdən sonra Floridadakı Mar-a-Laqo malikanəsində onunla görüşüb, lakin yeni prezident hələ öz ştatı adından hərəkət edə bilməyəcəyi üçün söhbət özəl olub. Bu baxımdan indi ondan Ukraynadakı vəziyyəti həll etmək üçün heç bir rəsmi addım gözləmək olmaz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ