Baas rejiminin süqutuna az qalmış silahlarını götürərək İraqa qaçan devrilmiş Əsəd rejiminin 1905 əsgəri Suriyaya qaytarılıb.
Turkustan.az xəbər verir ki, sözügedən əsgərlər bir müddət əvvəl ölkələrinə qayıtmaq üçün hərəkətə keçiblər.
İraq Təhlükəsizlik Media Şəbəkəsi öz bəyanatında əsgərlərdən ayrılmadan əvvəl ailələrinin yanına qayıtmaq üçün yazılı öhdəlik alındığını, İraq Müdafiə Nazirliyinin əlində olan silahların Suriyanın yeni hökumətinə təhvil veriləcəyini bildirib.
Bildirək ki, dekabrın 7-də devrilmiş Suriya rejiminin 2 minə yaxın əsgəri Əl-Qaim Sərhəd Qapısı vasitəsilə İraqa qaçıb.
Aytən Yaşar/ Turkustan.az