Finlandiya müharibə qorxusu yaşayır? - Ordu təlimlərə başlayıb


3 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi Rusiyanın qərb sərhəd qonşusu Finlandiyadakı atış poliqonlarında sıxlığa səbəb olub.

Turkustan.az xəbər verir ki, poliqonlara gedən ehtiyatda olan əsgərlərin bunu daha çox hobbi olaraq etdikləri bildirilsə də, əsl səbəbin müharibə qorxusu olduğu da bildirilir.

Poliqon rəsmilərinin sözlərinə görə, son iki ildə bura gələn ehtiyatda olan əsgərlərin sayı, demək olar ki, mini keçib. Əsas səbəb 3-cü ilinə doğru gedən Rusiya-Ukrayna müharibəsidir.

Adətən atıcılığa gedənlər əsas məqsədlərinin hobbi olduğunu bildirirlər. Lakin onlar da deyirlər ki, bu hobbinin əsas səbəbi şərq qonşuları Rusiyadır. Ölkənin təhlükəsiz olduğunu deyirlər, amma nə vaxtsa silahdan istifadə etməyi öyrənməyə ehtiyac duyurlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ