Xarici işlər naziri Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüşüb.
Turkustan.az xəbər verir ki, görüşdə Suriyadakı inkişaflar və Almaniya -Türkiyə münasibətləri müzakirə edilib. Nazir görüşdə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının vacib olduğunu vurğulayıb.
O, həmçinin Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin təmin edilməli olduğunu bəyan edib və terror təşkilatı YPG-nin Suriyanın ərazi bütövlüyü üçün silahı yerə qoymalı olduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok da "YPG silahlarını yerə qoymalı və Suriya Milli Təhlükəsizlik strukturuna qoşulmalıdır. Suriyanın şimalından Türkiyəyə heç bir təhdid olmamalıdır" deyib.
Türkiyəli nazir həmçinin suriyalı qaçqınların təhlükəsiz şəkildə geri qayıtması üçün addımların atılması lazım olduğuna da diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az